AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər

AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.


Bu barədə "Report”a AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar.

 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR