Aslan İsmayılov Azərbaycanın Paşinyanı olmaq istəyir?

Aslan İsmayılov Azərbaycanın Paşinyanı olmaq istəyir?

Aslan İsmayılov. Bu adam vaxtilə hüquqşünas, indi isə əsl qaragüruhçu kimi tanınır. Hansısa antimilli təsirlər ucbatından son zamanlar Azərbaycanın, onun hakimiyyətinin, xalqının əleyhinə bəyanatlar səsləndirir. Onu buna ruhlandıran ən əsas "qüvvə” isə sosial şəbəkələrdəki səhifələrində "sponsor dəstəkli” "layk”lardır. Belə "layk”ların böyük əksəriyyətinin isə "feyk” olması heç kimə sirr deyil.


Bir sözlə, bu adam əlinə də bir benzin butulkası alaraq kiçik vətəndaş narazılığı olan hər yerdə peyda olur. Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Sosial evlərin paylanılması zamanı saytda yaranmış texniki problemdən dolayı bir qrup insan öz narazılığını dilə gətirdi. Əslində, qısa müddətli bir anlaşılmazlıqdan dərhal sonra Aslan bəy orada peyda oldu və dönərkən öz mahiyyətinə uyğun "Facebook”-da növbəti statusunu paylaşdı. Necə deyərlər, bu zaman erməni rəğbətini, Paşinyan sevdasını da gizlədə bilmədi:

"…Dünən yazmışdım ki, Mənzil İnşaatı Dövlət Agentliyində baş vermiş pozuntularla bağlı səhər tezdən ora getdim və 100-dən çox gəncin agentliyin akt zalında yığışdığını gördüm. Onlara dəstək olmaq üçün Agentliyin rəhbərliyindən xahiş edib təkliflərimi səsləndirmək üçün bəlkə on dəfə "xahiş edirəm, qulaq asın” deməli oldum. Ağız deyəni qulaq eşitmirdi. Bu azmış kimi elə həmin gənclərdən "sən kimsən üstümə qışqırırsan” deyə bozaranı da oldu. Gündə lağ elədiyimiz ermənilər isə 1 ay yüz minlərlə meydana toplaşdı və bir-birilərinə güldən ağır söz deyən olmadı”.

Aslan İsmayılovun bu paylaşımına elə öz izləyiçiləri tərəfindən çox maraqlı və əsaslandırılmış şərh yazıldı. Azad adında sosial şəbəkə istifadəçisi A.İsmaylovu uzun müddətdir ki, müşahidə etdiyini, yazdıqlarını oxuduğunu və buna görə də onun psixoloji portretini çəkməyin çox asan olduğunu yazdı:

"…Məsələn, gəlin yazdığınız bu statusu təhlil edək və şüuraltınızda mövcud olan, sizi təhrik edən və hərəkətlərinizə istiqamət verən məqsədi müəyyən edək. Yazmısınız ki, Mənzil İnşaatı Dövlət Agentliyində baş vermiş pozğunlqla bağlı ora getdim, amma mənə qulaq asmadılar. Sual yaranır, sizi ora dəvət etmişdilər? Yox. O zaman sizdə bu qənaət haradan hasil olub ki, oradakı narazı vətəndaşlar mütləq sizi dinləməli və sizin tövsiyyələrinizə qulaq asmalı idilər. "Facebookda” 200 min izləyicinizin olması bütün Azərbaycan xalqının sizi tanıdığı demək deyil axı. İkinci sual. Siz ora niyə getmişdiniz? Sizin son davranışlarınız, ümumiyyətlə davranışlarınız belə düşünməyə əsas verir ki, müşahidə olunan hər hansı vətəndaş narazılığı zamanı sizi bir kənarda əlinizdə benzin şüşəsi ilə görmək mümkündür. Hesab edirsiniz ki, spontan yaranan hansısa kütləvi narazılığı körükləməklə həmin narazı kütləni buxovlayıb öz istədiyiniz istiqamətə, məqsədinizə doğru yönəldə bilərisiniz. Bəs məqsədiniz nədir? Azərbaycanın Paşinyanı olmaqmı? Yəni siz doğurdanmı belə düşünürsünüz ki, MİDA önündəki narazılıq böyüyüb geniş vüsət alacaq və siz də bu hərakata liderlik edərək hakimiyyəti qamarlayacaqsınız? Hər halda belə düşünürsünüz. Çünki MİDA-dakı narazılıqdan xəbər tutar-tutmaz ildırım sürəti ilə özünüzü ora yetirməyiniz (Sanki biraz da Əli Kərimlini qabaqlamaq istəyiniz də var) başqa cür izah oluna bilməz. Qısacası, Aslan müəllim, Azərbaycanın Paşinyanı olmaq istəyiniz göz qabağındadır. Onu da qeyd edim ki, indi Paşinyanı dəstəkləyən qüvvələr vaxtilə sizə də qrant verirdilər bol bol. Çıxın məqsədinizi, məramınızı bəlli edin. Day bəsdir nala-mıxa vurdunuz. Paşinyandan üstün cəhətləriniz var ki, aşağı deyilsiniz. Ən azından ali təsiliniz var. Hətta piar xarekterli olaraq soyadınızı dəyişib Aslan İsmayılyan edə bilərsiniz. Bəlkə Qarabağ erməniləri də dəstək verərlər”.

Əlavə şərhə gərək yoxdur. Ataların bir misalı var: görünən dağa nə bələdçi… aznews.az




Aktual.az
Xəbər 1830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR