“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

İyunun 15-18-də Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.


Bu barədə "Report”a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

İyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.

 
Aktual.az
Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR