“AŞ PA Azərbaycan dövlətinə nəzarəti həyata keçirə bilməz”

“AŞ PA Azərbaycan dövlətinə nəzarəti həyata keçirə bilməz”

Niyaməddin Orduxanlı: "AŞ PA hansı qərar verməsindən asılı olmayaraq Azərbaycan bu qurumda fəaliyyətini davam etdirməlidir. Beynəlxalq təşkilatlarda düşmənimiz Ermənistanı tək buraxa bilmərik.”
 
AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərar Azərbaycanda siyasi partiyalar arasında münasibət birmənalı qarşılanmayıb. Bununla bağlı Aktual.az saytına acıqlama verən BAXCP funksioneri, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, müstəqil Azərbaycan dövlətinin üzərində nəzarət həyata keçirə biləcək bir orqan deyil. Onların qəbul etdiyi qərarlar beynəlxalq akt sayılmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil:
"Avropaın ən inkişaf etmiş ölkələrində korrupsiya faktları var. Həmçinin Qərb də. ABŞ-da rüşvətxorluq faktları ilə bağlı dünyanın ən aparıcı mətbuatında məlumatlar yayılıb. Söhbət rəsmi şəxslərin korrupsiya yolu ilə əldə etdikləri vəsaitdən gedir. Korupsiya ilə mübarizə bütün ölkələrdə var. Həmçinin də Azərbaycanda. Azərbaycan dövləti rəsmi olaraq bəyan edib və bununla bağlı ölkədə Korupsiyaya Qarşı Mübarizə edirəsi və buna oxşar başqa qurumlar da fəaliyyət göstərir. Rüşvət məsələsi bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayılır. Cinayət əməlinə isə yalnız hüquqi müstəvidə qiymət verilə bilər. İndiki halda əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş vermişdisə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməliydi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar. AŞ PA hansı qərar verməsindən aslı olmayaraq Azərbaycan bu qurumda fəaliyyətini davam etdirməlidir. Beynəlxalq təşkilatlar da düşmənimiz Ermənistanı tək buraxa bilmərik. Unutçayağın ki, bizim Qarabağ kimi problermimiz var. AŞ PA-nın Azərbaycana ikilistandarları hər zaman müşahidə edilib. Ermənistanla müqayisədə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdiriblər. Ermənistan da siyasi hakmiyyət dəyişiliyi mülki şəxslərin, dinc mitinqçilərin qətlə yetirilməsi ilə olsa da, AŞ PA və digər beynəlxaql təşkilatlar bunu sükutla qarşılayır. Onlarla insan qətlə yetirilir. Yüzlərlə insan həbsə alınır. Jurnalistlər, QHT sədrləri, partiya sədrləri həbs olunur ancaq beynəlxalq qurumlar Ermənistanı "yarımazad” ölkələrin siyahısına daxil edir. Bunun öz artıq AŞ PA-nın hansı prinsiplər üzrə çalışdığını ortaya qoyur.
 
Aktual.az
Xəbər 1354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR