Arvadını öldürmək istəyən kişiyə 15 il həbs cəzası verilib

Arvadını öldürmək istəyən kişiyə 15 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az ONA-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M. Balayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR