Arif Quliyevin indiki vəziyyəti açıqlandı

Arif Quliyevin indiki vəziyyəti açıqlandı

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin səhhətində müəyyən irəliləyişlər var.

Aktual.az xəbər verir ki, bunu A.Quliyevin oğlu Rövşən Quliyev bildirib.

"Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik”, - o deyib. (Report)

Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR