Arif Ləzimzadənin 80 saylı İmişli-Beyləqan seçki dairəsində uğurlu seçki kampaniyası davam edir

Arif Ləzimzadənin 80 saylı İmişli-Beyləqan seçki dairəsində uğurlu seçki kampaniyası davam edir

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə, yəni xalqın hakimiyyətin ali qanunvericilik qolunun seçilməsində real iştirakına 10 gündən bir qədər artıq vaxt qalır. Vaxt daraldıqca parlamentə namizədlərin seçkiqabağı kampaniyası gündən-günə daha geniş miqyas almağa başlayır.

80 saylı İmişli-Beyləqan seçki dairəsində də eynən belə bir vəziyyət müşahidə edilməkdədir. Seçki kampaniyasının ilk günlərindən bu dairədə namizədliyi təsdiqlənənlər arasında gözləniləmədən əsas fovaritə çevrilən Arif Ləzimzadənin Beyləqanın bir çox yaşayış məntəqələrində keçirdiyi uğurlu görüşlərdən sonra boya-başa çatdığı doğma İşili rayonundakı tədbirləri daha böyük seçici fəallığı ilə müşahidə edilməkdədir. 
Namizədin yanvarın 26-da İmişlinin Cəfərli, Muradxanlı və Əliqulular kəndində keçirdiyi görüşlər bazar gününə təsadüf etməsinə baxmayaraq, seçicilərin kütləvi iştirakı ilə diqqət çəkmişdir. A.Ləzimzadənin səlahiyyətli nümayəndəsi bildirmişdir ki, görüşlərdə müşahidə edilən svətəndaş fəllığının əsas səbələrindən biri 5 mindən çox seçicinin yaşadığı bu kəndlərdə namizədi yaxından tanımaları və ona böyük etimad bəslmələri ilə bağlıdır.
Ənənəsinə sadiq qalan namizəd A.Ləzimzadə görüş yerinə gəlməmişdən əvvəl, şəhid ailələrinə, əlillərə və yataq xəstəsi olan kənd sakinlərinə baş çəkmiş, onların arzu və istəkləri ilə maraqlanmışdır. Havanın nisbətən isti keçdiyini nəzərə alan seçicilər namizəddən görüşün elə kəndin mərkəzində, açıq havada keçirilməsini xahiş etmişlər. 
A.Ləzimzadə ilk sözü seçicilərə verərək bildirmişdir ki, bu kampaniyanın mərkəzində məhz onlar durur. Mənim əsas məramım ilk növbədə sizi dinləmək və kəndlərinizdəki problemləri, sosial vəziyyəti və qarşılaşdığınız çətinlikləri öyrənməkdir.
Görüşdə çıxış edən seçicilər əsasən kəndarası yolların bərbad olmasından, yayda su qıtlığından ciddi əziyyət çəkdiklərini bildirmişlər. Kəndin ziyalıları və ağsaqqallar sosial-məişət qayğılarından da geniş danışmış və bütün bunların həlli üçün gələcək deputatın üzərinə böyük vəzifələr düşdüyünü bildirmişlər. Qeyd edilmişdir ki, onları parlamentdə təmsil edəcək deputat hər şeydən əvvəl bu elin, bu obanın öz adamı olmalıdır ki, onlara daim həyan olsun. İkinci, vicdanlı, qeyrətli və vətənpərvər insan olmalı, xalqını sevməlidir. Əlbəttə, seçicinin təmsil etmək üçün deputatın siyasi və hüquqi biliyi olmalı, iqtisadi məsələri yaxşı təhlil etməyi bacarmalıdır. Qanunvericilik təşəbbüsü ilə çıxış etmək , qanun layihələrinin hazırlanmasında iştrirak etmək üçün bunlar çox vacib keyfiyyətlərdir. İnsanlar öz deputatlarını televiziya ekranlarından deyil, şəxsi həyatda tanımalıdırlar. 
Seçiciləri maraqlandıran bir çox suallara cavab verən namizəd A.Ləzimzadə deputat seçiləcəyi təqdirdə müntəzəm təşkil edəcəyi görüşlərinin məhz belə diskussiya şəraitində keçəcəyini və öz fəaliyyətini vətəndaşların təklifləri əsasında quracağını bildirmişdir. A.Ləzimzadə seçicilərinə müraciət ünvanlayaraq bildirmişdir ki, əgər siz öz yaşam tərzinizi, sakini olduğunuz kəndlərimizdəki həyat səviyyəsini yaxşı mənada dəyişmək istəyirsinizsə o zaman kimə səs verəcəyinizi dəqiq müəyyənləşdirməlisiniz. Nəzərə alın ki, bu imkan sizə bir də növbəti seçkilərdə veriləcək. Ona görə bu imkandan bölgəmizin maraqları və ölkənin mənafeyi naminə, düşünülmüş şəkildə istifadə etməlisiniz. Amma heç də hər şey bununla bitmir. Əsas məsələ sizin seçki günü göstərəcəyiniz vətəndaşlıq mövqeyindən, səsvermədə mütəşəkkil iştirakınızdan asılıdır. 
80 saylı İmişli-Beyləqan seçki dairəsindən Arif Ləzimzadnin seçicilərlə görüşləri davam edir.



Xəbər 2299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR