"Arif Hacılı kimilərdir, bizim bütün bəlaların baiskarları"- Elşən Musayevdən Müsavat başqanına sərt təpki


"Arif Hacılı çox məsuliyyətsiz, biabırçı və düşmən dəyirmanına su tökən bir açıqlama verib. Hətta o qədər məsuliyyətsiz ki, sözlə ifadə edilməsi mümkün deyil. Müsavat başqanı şəhid jurnalistlərin minaya düşməsinin günahını da Azərbaycan iqtidarında görüb və Azərbaycan hakimiyyətinə qarşı ittihamlar irəli sürüb. Absurddur, deyilmi? Təbii, çox absurddur! Arif Hacılı ilk öncə gedib öz keçmişinə baxsın, hakimiyyətdə olduqları bir il müddətində törətdikləri əməllərə, Azərbaycanı uçuruma apardıqları zamanlara nəzər salsın. Bax onda anlayacaq ki, əslində ölkənin bütün problemləri məhz AXCP-Müsavat hakimiyyəti dövründə yaranıb, bütün zədələri biz o zaman almışıq, bütün təlatümlərin mənbəyi və səbəbi elə Arif Hacılının özü kimi savadsız, uğursuz, təsadüfi kadrlar olub. İndi utanmaz-utanmaz iddialar və ittihamlar irəli sürür. Halbuki barı susub, danışmayıb abrına kor olmalıdır.  Arif Hacılı kimilərdir, Qarabağın zamanında işğal olunmasının səbəbkarları! Arif Hacılı kimilərdir, bütün bəlaların baiskarları! Ayıbdır, danışmasın Arif! Çünki danışdıqca batır"- Aktual.az xəbər verir ki, bu fikirləri millət vəkili Elşən Musayev Arif Hacılının mövcüd hakimiyyətə qarşı irəli sürdüyü ittihamlara cavab verərkən bildirib.

"Arif Hacılını kim danışdırır, niyə danışdırır, deyə bilmərəm. Fəqət, bu adam həqiqətən çox yabanı, mənasız və heç bir prosesə adekvat reaksiya verə bilməyən bitmiş bir siyasətçidir.  Hacılı onsuzda hər zaman hətərəm-pətərəm açıqlamaları ilə gündəmə gəlib. Amma son açıqlaması onların hamısından daha bərbad, məntiqsiz və qərəzlidir" - deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR