ARDNF AÇG layihəsindən 137 mlrd. dollardan çox gəlir əldə edib

ARDNF AÇG layihəsindən 137 mlrd. dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,960 mlrd. dollar daxil olub.
"Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu məbləğin 222 mln. dolları "Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Məlumata görə, 2001-ci ildən bu il dekabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 137,446 mlrd. dollar gəlir əldə olunub.
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR