"ARB Media Qrup"-dan sosial şəbəkələrdə səsləndirilən əssassız iddialarla əlaqədar açıqlama


ARB televiziyası ötən gün baş verən hadisə ilə bağlı efir siyasətində dəyişiklik edib.

Kanalın mətbuat katibi Mail Əsgərov Qaynainfo-ya bildirib ki, ARB televiziyası ötən gün baş verən "Qaraheybət” faciəsinin rəsmi xəbəri yayılan kimi, əyləncəli verilişlərinin kontentində köklü dəyişikliklər edib. Belə ki, verilişlərdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib.  Buna baxmayaraq, sosial şəbəkələrdə ARB televiziyasına qarşı qara piar xarakteri daşıyan kampaniyalar aparılıb. Həmin gün kanalın efirini izləməyən insanları çaşdıraraq, guya əyləncə və şou verilişlərinin yayımının aparıldığı iddia olunub.

"Vətən müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. "ARB Media Qrup" təkcə bu il ərzində şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək".
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR