Araik Arutyunyanın son açıqlamasının arxasında nə dayanır? - Ekspert

Araik Arutyunyanın son açıqlamasının arxasında nə dayanır? - Ekspert

"Qarabağdakı qondarma rejim bu silahlı dəstələrin özünə bağlı olması səbəbindən onların buraxılması haqqında xəbərləri, o cümlədən "Xarici İşlər Nazirliyi”nin ləvg edilməsi, idarəetmədə Azərbaycanın xeyrinə olan müəyyən dəyişiklikləri təkzib etməyə məcburdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyanın açıqlamalarını şərh edərkən  deyib. Ekspert bunun bir neçə səbəbi olduğunu 

"Birincisi, bu qondarma qurum Qarabağ müharibəsində məğlub olaraq davamlı şəkildə əhalini  "biz ərazi itirməmişik, döyüşlərə hazırıq, uğurlu əməliyyatlar keçiririk” kimi məlumatlar verərək ictimaiyyəti aldatmaqda da günahlandırılır. Belə bir rejimin durub bu qədər bəyanatların arxasından həm ərazilərin Azərbaycanın nəzarətinə keçməsini, həm də qondarma qurumun silahlı birləşmələrinin ləvg olunmasını etiraf etməsi heç də gözlənilən deyil. Qarabağa 50 min nəfərdən çox erməni əhali qayıdıb. Qeyri-rəsmi mənbələrə görə isə, Rusiya ilə yollar açıldıqdan sonra 11 min nəfər də Qarabağ ərazisindən yenidən İrəvana qayıdıb və Rusiyaya uçmaq üçün biletlər almaq niyyətindədir. Dolayısı ilə hazırda əks istiqamətində, yəni, Qarabağdan Ermənistana yeni bir köç başlayıb. İrəvandan Moskvaya olan biletlərin bir tərəfli qiyməti 700 dollara qalxıb. Belə bir şəraitdə Qarabağın qondarma qurumun rəhbərliyi "bəli, bizim də qanunsuz silahlı dəstələr və ya "ordumuz” buraxılır” bəyanatını verməsi Qarabağ ərazisində ajiortaja səbəb olardı. Bütün bu baş verən proseslər Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq davam etməkdədir. Düşünürəm ki, gələcəkdə bu proseslərin qarşısının alınması üçün qondarma qurumun verdiyi hansısa əsassız bəyanatlar ciddi rol oynamayacaq”. 

Qırmızı Bazar-Şuşa yolunun istifadəsinə, hazırda erməni əhali köçürülən ərazilərdə Azərbaycan bayrağının dalğalanmasına gəlincə isə Ədalət Verdiyev bu məsələlərin də yaxın zaman içində öz həllini tapacağını qeyd edib:

"Doğrudur, biz Qırmızı Bazar-Şuşa yolundan azərbaycanlıların istifadəsinin, eləcə də Ağdərədən keçməklə Kəlbəcər istiqamətində maşınlarımızın hərəkətini əvvəllər də müşahidə etmişik. Nəzərə almalıyıq ki, bütün bu ərazilər Azərbaycana məxsusdur, müvəqqəti olaraq orada Rusiya sülhməramlıları yeləşdirilib. Təhlükəsizlik baxımından Azərbaycanın mülki maşın karvanlarını rus sülhməramlılar müşaiyət edir. Qondarma qurumun hazırda Qarabağda yaşayan 40 minlik erməniyə ona yaxın "nazir” təyin etsə də, hələ də "müdafiə naziri” vəzifəsinə təyinat həyata keçirə bilmir. Halbuku ordakı erməniləri daha çox narahat edən təhlükəsizlik və müdafiə problemidir. Nədənsə qondarma qurum rəhbəri bu məsələyə aydınlıq gətirmir. 

Azərbaycanda axtarışda olan bir qondarma qurum rəhbərinin verdiyi sərsəm bəyanatlar isə heç bir halda 3 ölkə rəhbərinin birgə imzaladığı bəyanatın şərtlərini yerinə yetirilməsinə əngəl ola bilməz”.
Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR