Aqrar Universitetdə arıçılıq və ipəkçilik ixtisasları tədris edilə bilər

Aqrar Universitetdə arıçılıq və ipəkçilik ixtisasları tədris edilə bilər

"Azərbaycan Dövlət Aqrar Universitetində 6 fakültə (Aqronomluq, Aqrotexnologiya, Baytarlıq, Aqrar mühəndislik, İqtisadiyyat və Biznesin İdarə edilməsi) mövcuddur".

Report"un məlumatına görə, bunu ali təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda universitetdə 5500-dən çox tələbə təhsil alır və 31 ixtisas üzrə kadr hazırlanır: "Universitetin tədris proqramına şərabçılıq və bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisaslarını da əlavə etdik”.
İ.Cəfərov qeyd edib ki, bu gün ali təhsil müəssisəsində daha iki yeni ixtisasa böyük ehtiyac duyulur: "Bu, arıçılıq və ipəkçilikdir. Sonuncu kollegiya iclasında da bu məsələ müzakirə edilib. Ümid edirəm ki, növbəti il daha iki ixtisasın universitetdə tədrisinə nail olacağıq”.
Xatırladaq ki, 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü - Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Meşəçilik, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Aqromühəndislik, Meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, Şərabçılıq, Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvabitkilər, Ekologiya, Baytarlıq və Əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək. Aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Bundan əlavə, uni­versitet  abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR