Anar Əsədlinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU

Anar Əsədlinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb. 
 
Aktual.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.
 
Partiya başqanı məlumatı təsdiqləyib. 
 
"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, deyə Anar Əsədli bildirib. 




Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR