Anar Əsədli seçki kampaniyasını belə başa vurdu: Möhtəşəm final – FOTO/VİDEO

Anar Əsədli seçki kampaniyasını belə başa vurdu: Möhtəşəm final – FOTO/VİDEO

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin nəinki öz dairəsində, ölkədə də maraqla qarşılanan seçki kampaniyası başa çatdı və seçicilərlə final görüşü keçirildi.

Yenicag.az xəbər verir ki, görüşdə Anar Əsədllinin aktiv seçki tərəfdarları, zəngilanlı-qubadlı dəstəkçiləri, eyni zamanda ictimai-siyasi xadimlər və deputatlığa namizədlər iştirak etdi. Seçki kampaniyasının yekun tədbirində minə yaxın seçicinin iştirakı və yaşanan coşqu namizədin "İnanın, dəyişirik” şüarı ilə çıxdığı yolda məqsədinə çatdığını, bu prosesdən qalib çıxdığını göstərdi.

Deputatlığa namizədin rəsmi Feysbuk hesabında kampaniyanın final görüşü barədə paylaşımı da onun rəsmi olaraq qələbə qazanacağına inamını ifadə edir: "Sadəcə, 9 fevralda dəyişikliyə inananların – seçicilərin seçkidə aktiv iştirakı ilə bu qələbəni rəsmiləşdirmək qaldı.

Bu görüş təbliğat-təşviqat kampaniyamızın yekunu, mənəvi qələbəmizi dəyərli seçicilərimizlə birgə qutlamaq üçün idi. Bu görüş inamın, sayğının, sevginin, bir el-obanın doğmalığının, birliyinin qələbəsi idi.

Hər bir seçicimizə bizə inandığı, güvəndiyi üçün dərin təşəkürümüzü bildirir, Anar Əsədli və proses boyu onun yanında olan, bundan sonra hələ uzun illər ölkəmiz, insanlarımız üçün birgə gözəl işlər görəcəyimizə inandığımız komandası olaraq bu etimadı doğruldacağımıza söz veririk.

Bir neçə saat sonra təşviqat kampaniyası sona çatır. Ümid edirik ki, sizin seçkilərdə aktiv iştirakınız, səsinizlə biz qazanacaq və sizinlə qalibiyyət xəbərimizi bölüşəcəyik.

Unutmayın, 9 fevral Azərbaycanda parlament seçkiləri günüdür və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin seçki bülletinində sıra nömrəsi 5-dir. Qələbə 5-dədir!”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR