AMEA: Naxçıvan şəhərində məskunlaşma 8 min il əvvəl başlayıb

AMEA: Naxçıvan şəhərində məskunlaşma 8 min il əvvəl başlayıb

Naxçıvan təpə yaşayış yerində aparılan tədqiqatlar bu abidənin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığını göstərib.

Trend-in məlumatına görə, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.
Arxeoloq yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycan deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.
Arxeoloq alim qeyd edib ki, Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvan təpədə tədqiqat işlərini davam etdirir.
Duzdağ ərazisində 2006-cı ildən başlayaraq arxeoloji qazıntıların aparıldığını deyən V.Baxşəliyev tədqiqatlar nəticəsində buradan Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika materiallarının, daş çəkiclərin aşkar olunduğunu diqqətə çatdırıb.
O bildirib ki, həmin tapıntılara əsasən Duzdağda duz çıxarılması işinin Mis Daş dövründən günümüzə qədər davam etdiyi müəyyənləşib. O, aparılan tədqiqatlarla bağlı üç dildə (Azərbaycan, ingilis, rus) kitabın nəşr olunduğunu diqqətə çatdırıb.
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR