AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

"Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
Şöbə müdiri işğal dövründə təkcə Kəlbəcərdəki mineral su bulaqları istismarının ölkəyə 7,5 milyard həcmində ziyan vurduğunu nəzərə çatdırıb.
O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər: "Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabınadır".
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR