Alpinistlərin sağ qalma şansı varmı? - Deputat yazır

Alpinistlərin sağ qalma şansı varmı? - Deputat yazır

ELŞƏN MUSAYEV

"Tufandağ”da itkin düşən həmvətənlərimiz haqda müxtəlif məlumatlar dolaşmaqdadır və...ən azından məlum mövzuda baxdığımız kinoların təsirinə + Allahın möcüzəsinə sığınıb ümidlənirik ki, hər şey yaxşı sonluqla bitəcək.Fəqət, eyni adlı konstekstdə araşdırılması, təhlil olunması gərəkən istiqamətlər də az deyil.
Əvvəla;
Ortalıqda alpinistlərin yazılı şəkildə hərəkət trayektoriyası olmalı idi. Bu (bildiyim qədər) yoxdur. Kuryoz da eyni adlı nöqtədən başlayır: axtarış tədbirləri abstrakt məcmuda aparılmalıdır. Hərçənd  alpinizm - ekstrim və riskli fəaliyyət növu olduğu üçün kaş dəyərli həmvətənlərimiz ən azından üzv olduqları kluba və ya aidiyyatlı orqana bu məlumatı verəydilər. Amma artıq bu məsələ haqda fikir yürütməyə dəyməz. İş işdən keçib. Real durum qiymətləndirilməlidir.
Alpinistlərimizin son dərəcə peşəkar olduğu deyilir. Əsasən də Babur Hüseynovun. Ona görə də üç nəfərdən birinin iz qoymama faktı heyrətedicidir. Bu cür peşəkarların qar uçqunlarında belə tədbirli olmasını bilirik. Babur bəy isə hətta bəzi yüksəksiklərə ipsiz dirmanmaqla öz sənətində ad qoyub. O zaman nə baş verib ki, çiynində 27 kq-lıq yük olan Baburdan və digərlərindən heç bir iz və xəbər - ətər yoxdur? Demək ki, 2 versya üzərində düşünmək lazım: 
1) Tufan səbəbilə düşdükləri uçqun çox dərindir.
2) Hava şəraitindən dolayı həmvətənlərimiz marşrutu səhv salaraq  Rusiya sərhədinə qədər irəliləyiblər. Bu səbəbdən telefon əlaqəsi yaratmaq mümkün olmayıb.
Qar uçqunları çox ciddi dəliklər yaradır. Ola bilməz ki, heç olmazsa alpinistlərimizdən biri ara məsafəli dəliyə düşüb saq qalmasın. Ayrıca, dağçı həmişə tədbirli olur, mütləq bir vasitə vardır ki, o uçqunu dəlib çıxsın.Və..unutmaq lazım deyil ki, qar uçqunlarıının altındakı temperatur üstlə müqayisədə deyilənlərin və yazılanların əksinə olaraq +7 dərəcə daha isti olur  və dünya təcrübəsində 13 (!) gün sonra qar uçqunu altından sağ - salamat çıxarılan şanslılar var. Üstərlik ən az 5 günlük azuqələri də alpinistlərimizin üzərlərindədir. Yetər ki, hətta uçqun halında belə durumu düzgün qymətləndirsinlər, sxematik təlimatı pozmasınlar. Məsələn, alpinizm haqda risk təlimatında yazılır: 

1) Əgər qar uçqunundan qaçmaq imkanınız yoxdursa dərhal artıq yükdən azad olub üfüqi vəziyyət alın, dizlərinizi qarnınıza sıxın və uçqunun hərəkəti tərəfə istiqamətlənin;
2) Burnunuzu və ağzınızı şərf və ya əlcəklə möhkəm sıxın və uçqunun kənarına tərəf ehmalca irəliləyin;
3) Qar uçqunu bitəndən sonra burun və ağzınızın ətrafını qardan təmizləyin ki, nəfəs almağa boşluq olsun.
4) Qışqırmayın. Çünki qar kütləsi səsi keçirmir. Bunun əvəzinə gücünüzə qənaət edərək nəfəsinizi tənzimləyin və çalışın yuxuya getməyəsiniz.
5) Panikaya düşməyin. Sizi mütləq axtaracaqlar. Xilasedicilər qar uçqununun altından 5-ci, hətta 10-cu gün də insanları çıxara biliblər.
6) Ağır qar uçqunu sizin huşunuzu aparacaq. Huşunuz qayıdan kimi yenə təlimatın 3-cü bəndinə qayıdaraq burun və ağız nahiyənizi qardan təmizləyin, nəfəs üçün boşluq yaradın.
7) Yuxarı və aşağı istiqaməti ayır etmək üçün ağız suyunun axmasına şərait yaradın.
8) Əgər ağız suyu düz qarşınıza düşdüsə demək siz yer səthinə nisbətdə başı aşağı durmusunuz.
9) Əgər ağız suyu dodağınızda qaldısa demək başınız yuxarı istiqamətdədir.
10) Kənara tüpürməklə bədəninizin istiqamətini müəyyən edəcəksiniz.
11) Bədən vəziyyətini müəyyən edəndən sonra əlinizi yuxarı qaldırıb dəlik açmağa çalışın.
12) Əgər əliniz bayıra çıxmadısa nəfəslik üçün yer düzəldin.
13) Əgər qarın altında başı aşağı qalmısınızsa ətrafınızı 
qazmağa çalışın ki, fırlanıb düz dayana biləsiniz.
14) Əsas panikaya düşməyin. Çünki panik vəziyyətdə nəfəs almaq üçün daha çox oksigen lazım olacaq. Oksigen qıtlığı isə qısa nəfəs almağa məcbur edir.
15) Gücünüzə qənaət etmək şərti ilə qarı ayağınızın altına itələyin və bu şəkildə pilləkən effekti yaratmaqla maksimum yuxarı çıxmağa çalışın.

P.S. Və bütün bu təlimatları üst-üstə 3 dəfə 2 min kilometrə qədər qalxan mən Elşən öyrənmişəm, peşəkarlar öyrənməyib? Öyrənib, təbii. Odur ki, alpinistlərimizin bu versiya üzrə də sağ qalma ehtimalı var. Sadəcə faiz nisbəti azdır. Təəssüf.
Alpinistlərin azaraq Rusiya sərhədinə qədər irəliləməkləri də realdır. Ən azından naməlum yerdə qurduqları xüsusi rejimli çadırdan 3-4 gün çıxmaya, ərzaq ehtiyatından hava düzələnə və ya kömək gələnə qədər səmərəli istifadə edə bilərlər. Belə olduğu halda onların sağ qalma ehtimalı yüzə-yüzdür.
Xüsusi təlim keçmiş itlərdən də lazımi qaydada isifadə olunmaması haqda fikirlər dolaşır. Yenə də yalnış. Çünki, - 20 dərəcədə itlərin iz tapma imkanı sıfıra bərabərdir. Belə havada onları mənasız yerə xilasetməyə cəlb etmək heyvanlara işgəncə verməkdən savayı bir şey deyil.
Rabitə siqnalı ilə bağlı iradlara gəlincə...müasir mobil telefonların xarakteristikası 2 min üzəri yüksəkliklər üçün məkan təyinetmə xarakterinə (imkanına) malik deyil. Bu yalnız internet bağlantısının olduğu halda mümündür. Onu da düşünmək mənasızdır. Eyni adlı vəziyyətdə məkanı təyin etmək üçün sadəcə peyk ötürücü vasitəsilə CPS siqnalı yaradan xüsusi rabitə işə yaraya bilərdi ki, o da alpinistlərimizin üzərində olmayıb. Yəni, mobil operatorları da bu kontekstdə ittiham etmək, günahlarını almaq yersizdir.
Və... nəhayət:  
Xilasetmə qərərgahının rəhbəri polkovnik Şahin Mirzəyev haqda da mediaya müxtəlif məlumatlar ötürülür. Şahin Mirzəyev isə bunu kimlərinsə düşünülmüş şəkildə etdiyini, əlqərəz təxribat xarakterli olduğunu bildirir. Mənim bu mövzuda fikrim belədir: Sadəcə əsəblər gərilib, tarıma çəkilib. Vəssalam. Qətiyyən inanmıram ki, bayramı qarın üstündə keçirən polkovnikin xilasetmədən başqa məqsədi olsun. Niyə də olsun? Adam deyir ki, adi geyim və ayaqqabıda xilasetməyə qoşulmaq istəyənləri qrupa daxil etmirəm, çünki bir bədbəxt hadısə baş versə onların da məsuliyyəti mənim üzərimdədir. Yalanmı deyir? Məncə yox. Amma paralel olaraq  əli-ayağı yalın şəkildə dağa çıxıb xilasetmə işində iştirak etmək istəyənləri də ürəkdən alqışlayıram. Hər halda bir dəfə yaşadıqları həyatı bir başqasına görə riskə atmağı gözə alırlar. Sadəcə onlar da anlayışlı olsunlar. Bu elə bir işdir ki, mütləq bir şəkildə vahid mərkəzdən koordinasiya olunmalıdır.
***
İtkin düşən alpinistlərin həmkarı və eyni zamanda dostu "facebook”da çox sentimental bir paylaşım edib. Məzmun belədi: "Ağappaq qarlı dağda gözüm bərələ qalıb. Bir kiçik hərəkətiniz yetərlidir ki, sizi görüm, dostlar. Evə qayıtmayacam. Donunca axtaracam sizi. Ya sevincdən bərabər ağlayacayıq ya da bu dağlar bizim hamımızı bərabər fəth edəcək”
P.S. Çox ağır bir durumdur. Allah itənlərin də, axtaranların da köməyi olsun...
Xəbər 2594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR