Almazbek Atambayev avqustun 26-na qədər həbs olunub

Almazbek Atambayev avqustun 26-na qədər həbs olunub
  • DÜNYA

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev, məhkəmə qərarı ilə avqustun 26-na qədər həbs olunub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Serqey Slesarev məlumat verib. 
Keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.
Vəkilin sözlərinə görə, Atambayev "qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham edilir.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR