Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - STATİSTİKA

Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb - STATİSTİKA
  • DÜNYA

Almaniyadan sığınacaq istəyənlərin sayında azalma qeydə alınıb.


Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF)"Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki,bu ilin oktyabr ayında11 100nəfərin sığınacaq ərizəsi qeydə alınıb.

2019-cu ilin oktyabrında BAMF12 963nəfərin sığınacaq üçün müraciət ərizələri (sentyabr 2019: 13321) barədə qərar verib. Oktyabrın sonunda gözləyən işlərin sayı56 628(30 sentyabr 2019:54 662və 31 oktyabr 2018:59640) olub.

2019-cu ilin yanvar-oktyabr ayları arasında Almaniyada sığınacaq üçün cəmi122 225nəfər müraciət edib. Ötən ilin eyni dövrü (138 655 ilkin müraciət) ilə müqayisədə bu, 11,8 faiz azalma deməkdir. Eyni dövrdə Federal İdarə159 087nəfərin müraciəti barədə qərar qəbul edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə27 799nəfər azdır (-14.9 faiz).

3042nəfər Cenevrə Qaçqın Konvensiyasına əsasən, qaçqın statusu alıb (bütün sığınacaq qərarlarının 23.5 faizi),1417nəfər (10.9 faiz) köməkçi müdafiə və380nəfər (2.9 faiz) deportasiyadan qorunub.

3 453nəfərin müraciəti (26,6 faiz) rədd edilib.4671nəfər barəsində "Dublin anlaşması” və ”Könüllü qayıdış” proqramı tətbiq edilib.

Sığınacaq istəyənlərin vətəndaşlıq mənsubiyyəti ilə müqayisəli statistikası aşağıdakı kimidir:

Avqust 2019 Sentyabr 2019 Oktyabr 2019
Qeydə alınmış ərizələr 11.076 10.830 11.100
1. Suriya 2.799 2.689 2.696
2. Türkiyə 1.251 1.087 1.077
3. İraq 1.129 1.042 1.064
4. Əfqanıstan 866 919 842
5. İran 717 765 684
6. Nigeriya 442 382 409
7. Naməlum 307 298 354
8. Rusiya 271 302 303
9. Eritreya 283 251 272
10. Somali 307 293 264
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR