Almaniyada son sutkada 553 nəfər COVID-19-dan ölüb

Almaniyada son sutkada 553 nəfər COVID-19-dan ölüb
  • DÜNYA

Ötən gün Almaniyada 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 553 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, Almaniyada indiyədək 1 742 661 nəfərdə koronavirus aşkarlanıb, 33 624 nəfər bu xəstəlikdən ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR