Almaniyada koronavirusdan ölənlərin sayı 455 nəfərə çatıb

Almaniyada koronavirusdan ölənlərin sayı 455 nəfərə çatıb

Almaniyada koronavirusdan son sutka ərzində 66 nəfər ölüb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı martın 30-da Robert Kox adına İnstitut yayıb.
Məlumata görə, son sutka ərzində 4 751 nəfər virusa yoluxub. Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 57 298nəfərə çatıb.
Almaniyada koronavirusdan 455 nəfər ölüb.
Yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vürtemberq və Berlində qeydə alınıb.
Qeyd edək ki, ötən gün infeksiyaya yoluxanların ümumi sayı 52 547, ölənlərin sayı isə 389 nəfər idi. 

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR