Almaniyada koronavirusa yoluxanların sayı 180 minə çatır

Almaniyada koronavirusa yoluxanların sayı 180 minə çatır

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 179 717yoluxma qeydə alınıb. COVID-19-dan 8 411 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 163 mindən çox pasiyent sağalıb.
Almaniyada virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 46 729 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliyada 37 698 və Baden-Vürtemberqdə 34 129 nəfər virus daşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 703 yoluxma qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR