Almaniyada azərbaycanlıların da olduğu qaçqın düşərgəsi karantinə alındı

Almaniyada azərbaycanlıların da olduğu qaçqın düşərgəsi karantinə alındı

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

Halberstadt Polis Təşkilatından "Report”un Avropa bürosuna verilən məlumata görə, 27 yaşlı şəxs düşərgədən Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verib və nəticəsi pozitiv çıxıb. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 nəfərin qaldığı düşərgəni karantin altına alıb.
"Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri "Report”a bildirib.
Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: "Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.
Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR