Almaniya Ukraynaya 400 milyonluq yardım göndərir

Almaniya Ukraynaya 400 milyonluq yardım göndərir
  • DÜNYA

Almaniya Ukraynaya ümumi dəyəri 400 milyon avro olan əlavə hərbi və humanitar yardım paketi hazırlayır.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius bildirib.
"Biz əlavə olaraq döyüş sursatı - partlayıcı və minaatan mərmiləri, mina əleyhinə raketlər tədarük edəcəyik. Çünki bunlar Ukraynanın ən çox ehtiyacı olan sursatlardır", - nazir deyib.
Pistoriusun sözlərinə görə, Berlin bu paketin bir hissəsi kimi Kiyevi zirehli texnika, minalardan təmizləmə sistemləri, qış geyimləri, elektrik generatorları və istilik sistemləri ilə təmin edəcək.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR