Almaniya Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Almaniya Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb
  • DÜNYA

Noyabrın 30-da Almaniya Bundestaqı 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Qətnamə layihəsi Sosial Demokrat Partiyası, Yaşıllar, Azad Demokrat Partiyası və müxalif Xristian Demokrat İttifaqından olan deputatlar tərəəfindən hazırlanıb. Sənəd səs çoxluğu ilə, sayılmadan, əl qaldıraraq qəbul edilib.
Səsvermə zamanı Bundestaqda Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev və keçmiş səfir, indi isə xarici işlər nazirinin müavini Andriy Melnik də iştirak edib.
Qeyd edək ki, bundan əvvəl İrlandiya və Moldova parlamentləri Qolodomorun Ukrayna xalqının soyqırımı olduğunu rəsmən tanıyıb. Həmçinin, Rumıniya da Qolodomoru soyqırım kimi qəbul edib.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR