Noyabrın 1-2-si Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Aktual.az xəbər verir ki, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Karl-Yulius Kronenberq rəhbərlik edəcək.
Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixlərində Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı qazanırlar.
Xəbər 473 dəfə oxunub.