Almaniya 32 İran diplomatını ölkədən qovdu

Almaniya 32 İran diplomatını ölkədən qovdu
  • DÜNYA

Oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin İranda edam edilməsindən sonra Berlin İranın bu ölkədə olan konsulluqlarının 32 əməkdaşını ölkədən qovub.
Aktual.az xəbər verir ki, bu barədə Almaniya XİN-in sosial hesabında bildirilib.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.
Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.
Xəbər 158 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR