Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə "Report”-a verdiyi müsahibəsində "Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik.” və s. deyə bildirib. Vallah adam bilmir nə desin. Ağsaqqal adam olasan, o böyüklükdə AMEA-nın prezidenti, Akademiki olasan, ölkənin ziyalısı sayılasan, yataqxana sakinləri üçün tikilmiş 128 mənzilli bir binanı mənimsəyərək (əlbəttə, tikinti şirkəti ilə birlikdə) 60-a yaxın yataqxana sakinini evsiz qoyasan, sonra da guya döğru iş gördüyünü deyəsən, bu mənzillərdən guya "xəbərimiz yoxdur” deyərək camaatı, oxucuları bu qədər aldadasan; bizcə bu hərəkətlər yuxarıdakı titullara yaraşmaz. Ən azı AMEA-nın minlərlə işçisinin hamısı işin nədən ibarət olduğunu, sizin nə işlər gördüyünüzü çox yaxşı bilir. Cənab akademik, sizlərin üzünə heç kəsin heç nə demədiklərinə baxmayın, pərdə arxasında sizin haqqınızda nələr danışıldığını bilmirsiniz.
Siz bu məhkəmə proseslərində qanuni heç nəyi isbat edə bilməmisininz. Sizin isbat etdikləriniz isə aşağıdakılardır:
Siz sübut edə bildiniz ki, sizin arxanız, dayağınız nə qədər möhkəmdir və əliniz nə qədər uzundur. Siz sübut etdiniz ki, prokurorluq orqanlarına, məhkəmələrə asanlıqla təsir edə vəonları asanlıqla ələ ala bilirsiniz. Siz sübut edə bildiniz ki, dövlət nəzarətində olan kütləvi informasiya vasitələrinə, televiziyalara nə qədər təsir edə bilirsiniz. Televiziyaların hamısına yazılı müraciətlərimiz olsa da, qorxularından onların biri də cəsarət edib bizim məsələni işıqlandırmağa gəlmədi.Siz sadəcəsübut edə bildiniz ki, Azərbaycan Respublikasının qanunları sizin üçün yazılmayıb və bu qanunların sizə heç bir təsiri yoxdur.Siz sübut etdiniz ki, havadarlarınızın köməkliyi ilə Respublika Prezidentinə göndərdiyimiz teleqram və məktubların ona çatmasının qarşısını çox asanlıqla ala bilirsiniz.Siz sübut etdiniz ki, yalanlar danışmaqla Respublika Prezidentini də aldada bilirsiniz.Siz sübut edə bildiniz ki, mərhum Prezident Heydər Əliyevin həyat yoldaşı, indiki Prezident İlham Əliyevin anası mərhum Akademik Zərifə Əliyevanın Fiziologiya İnstitutunda vurulmuş barelyefini çəpərləyə, toz-torpağa batıra, zibillik kimi yerdə saxlaya və havadarlarınızın köməklityi ilə bununPrezidentə çatdırılmasının qarşısını asanlıqla ala bilirsiniz.Siz sübut edə bildiniz ki, tikinti şirkəti ilə birlikdə qiyməti 10 milyon manat ətrafında olan bir binanı mənimsəyə və bununla əlaqədar Korrupsiya ilə Mübarizə İdarəsini susmağa məcbur edə bilirsiniz. Siz sübut etdiniz ki, Fövqəladə Hallar Nazirliyinə təsir edərək,sənədlərdə 2013-cü ildən sökülmüş olan yataqxananı sökdürmədən, sakinlərin başına toz-torpaq ələdə-ələdə yataqxananın 6-7 metrliyində 16 mərtəbəli binaları tikdirə bildiniz (çox güman ki, sakinlərə veriləcək kirayə pullarını da şirkətlə birlikdə mənimsəmisiniz). Siz sübut edə bildiniz ki, qeyri-qanuni protokollar tərtib etməklə sənədləri asanlıqla saxtalaşdıra bilirsiniz və buna görə sizin gül üzünüzə külək əsdirən yoxdur. Siz sübut edə bildiniz ki, insanları aldada, birinci püşkatmanın sənədlərini, sübutlarını məhv edə, bunu soruşan məhkəmə orqanlarına yalanlar danışa, məhkəmələri bu haqda danışmamağa məcbur edə bilirsiniz.Siz sübut edə bildiniz ki, müqaviləni əsas götürdüyünüz halda, onun tam əksi olaraq, sakinlərin bir neçəsinəəvvəlcə Şərifzadə küçəsində tikilən binalardan mənzillər verib, sonradan əllərindən alaraq (axı onların qiyməti daha bahadır), əvəzində Masazırdan, Xırdalandan (özü də Şərifzadə küçəsindəki ilə müqayisədə təqribən 1,5 dəfə az sahə ilə), eləcə də16 mərtəbəli binaların 17-ci mərtəbəsindən(çardaqdan) mənzillər verə bilirsiniz və buna görə heç kəs sizə bir söz deyə bilmir, məhkəmələrdə də bunları "görə bilmirlər”.Siz sübut etdiniz ki, seyid nəslindən ola-ola (bu da dəqiq məlum deyil) əziyyətlə dolanan, sizin bir aylıq gəlirinizi ömrü boyu qazana bilməyən, sabah yataqxana sökülərsə küçələrdə qala biləcək insanların haqqını əllərindən alaraq asanlıqla yeyə bilirsiniz və s.
Bunları sübut edən sənədlər və faktlar:
Saray qəsəbəsində tikilən binalara görə özünüzü humanist göstərməyə çalışmayın. AMEA əməkdaşları üçün maksimum ödəniş müddətini 3 il təyin etmisiniz (!?) və ayda orta hesabla 300 manat maaş verdiyiniz AMEA əməkdaşlarından hər ay təqribən 500-900 manat ödəniş edilməsini tələb edirsiniz. Bu da ayrıca bir mövzudur.
Cənab akademik,düzgün olduğunuza güvənirsinizsə, sizin özünüzlə, yaxud ən bacarıqlı nümayəndələrinizlə, hətta sizin məhkəmələri aparan hakimlərinizlə istənilən televiziya kanalında canlı (ancaq canlı) debata çıxmağa hazırıq. Bacarırsınızsa, orada bizim haqsız olduğumuzu sübut edin. Bax onda xalq kimin haqlı, kimin haqsız olduğunu gözəl biləcək.Biz bəri başdan bilirik ki, siz buna cəsarət etməyəcəksiniz.Yoxsa, bağlı məhkəmə qapıları arxasında sizin diktənizlə yazılan məhkəmə qərarları həqiqəti əks etdirə bilməz.