Alim Qasımovun kürəkəni Fərqanənin prodüserini döyərək pulunu alıb

Alim Qasımovun kürəkəni Fərqanənin prodüserini döyərək pulunu alıb

Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub.

"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən biri də onun həyat yoldaşı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev olub.

Rəşadət Fərzəliyev Fərqanə Qasımova ilə bir müddət işbirliyi edib. Daha sonra aralarında maliyyə məsələlərinə görə problem yaranıb və Fərqanə əməkdaşlığa son qoyub. Qasımovanın əri məsələni aydınlaşdırmaq üçün prodüserin iş yerinə gedib.

Bu zaman aralarında mübahisə yaranıb və Elnur Rəşadəti döyərək pulunu alıb. O, studiyadan çıxarkən Rəşadətə məxsus 1850 manat pul, musiqi alətləri və texnikaları götürüb. Elnur Mövlamov isə istintaqa ifadəsində bildirib ki, Rəşadəti həyat yoldaşı Fərqanəyə mesaj yazaraq narahat etdiyi üçün döyüb:

"Fərqanə Rəşadətlə işləmək istəmədiyindən ondan "Youtube” kanalının şifrəsini istəyirdi. Amma Rəşadət şifrəni verməkdən imtina edirdi. Sonra Rəşadət Fərqanəyə mesaj yazaraq onu narahat etməyə başladı. O, Fərqanə ilə əməkdaşlığa son qoymayacağını deyirdi. Fərqanə mənə bildirdi ki, prodüser artıq bir neçə aydır onu narahat edir.

O,  Rəşadətdən "Youtube” kanalının şifrəsini və hard diskləri götürməyimi xahiş elədi, mən də Rəşadətin iş yerinə getdim. Orada Rəşadət mənə dedi ki, Alim Qasımov və Fərqanə Qasımovanın ona 1950 manat borcu var. Daha sonra Rəşadətdən Fərqanəni niyə narahat etdiyini soruşdum. Cavab verə bilmədi, onu döyməyə başladım. Siyirmələrdən və prodüserin cibindən 1850 manat pul götürdüm. Pulun 800 manatını cırdım, qalanını studiyadan çıxdıqdan sonra atdım”.

Zərərçəkmiş R.Fərzəliyev isə ifadəsində bildirib ki, 2019-cu ildən F.Qasımova ilə əməkdaşlıq edib. O, xanəndənin onlayn musiqi platformalarından gələn gəlirlərinin 50 faizinə ortaq olub: "Fərqanə xanıma gördüyüm işlərin müqabilində mənə 1950 manat borcu yaranmışdı. Buna görə də "Youtube”, "Apple music”, "Spotify”, "Facebook” səhifələrinin şifrəsini vermirdim. Pulumu tələb etsəm də, Fərqanə zənglərə cavab vermədi. Bunu Elnur studiyaya gələndə ona da dedim. Daha sonra Elnur niyə Fərqanəni narahat etdiyimi deyərək nalayiq sözlər işlətdi. Məni təpik-yumruqla döyməyə başladı. Qorxduğum üçün "Youtube” şifrəsini verdim”.

Prodüserin sözlərinə görə, Elnur onu Fərqanədən üzr istətdirərək videoya da çəkib. Daha sonra götürdüyü pulu qaytarmayacağını bildirib: "Pulun bir hissəsini cırıb yerə atdı. Elnur qalan pulu saydıqda 1050 manat olduğunu görüb həmin pulları göstərərək "bu da bizim yeyib-içmək pulumuz” deyib cibinə qoydu”.

Qeyd edək ki, E.Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib.
Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR