Alim olan Nazpərinin tənqid edilməsinə köməkçisindən CAVAB: "Burada şişirdiləsi nə var ki?"

Alim olan Nazpərinin tənqid edilməsinə köməkçisindən CAVAB:

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva incəsənət nəzəriyyəsi və təhlili üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı alıb.

Aktual.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bu haqda İnstaqram səhifəsində paylaşım edib. Nazpərinin bu adı alması bir çoxları tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkədə bununla bağlı statuslar yazılıb, paylaşımlarda tənqidi şərhlər qeyd edilib. Çoxları N.Dostəliyevanın bunu pulla aldığını yazıb. Bəziləri, buna 10, bəziləri isə 30 min ödədiyini iddia edib.
Müğənni ilə əlaqə saxlayıb, tənqidlərə münasibətini öyrənmək istədik. Telefonlarımıza Dostəliyevanın köməkçisi Şəhanə cavab verdi. O, hazırda Dostəliyevanın burada olmadığını bildirib:

"Nazpəri xanım 10 ildir Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Neçə ildir ki, bu iş üzərində çalışır. Bir pedoqoq kimi onun tək planı və istəyi bu idi. Bu da normaldır. Burada şişirdiləsi nə məsələ var ki? Bu sahədə bir neçə sənət adamı da alimlik dərəcəsi alıb. Mən də şahidiyəm ki, Nazpəri xanım illərdir bu işi araşdırır və üzərində işləyir. Bu cür tənqidləri yazanlar gözü götürməyənlərdir".
Qeyd edək ki, Dostəliyeva daha sonra bununla bağlı paylaşımını İnstaqram səhifəsindən silib.
 
Aktual.az
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR