Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.
Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib. “Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib.