Ali Məhkəmənin Plenumu “Tərtər işi” ilə bağlı müsbət QƏRAR VERDİ

Ali Məhkəmənin Plenumu “Tərtər işi” ilə bağlı müsbət QƏRAR VERDİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Aktual.az saytı xəbər verir ki, dünən - 30 sentyabr 2022-ci il tarixində keçirilmiş Plenuma Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik edib.
 
Plenumda Azərbaycan Respublikası Baş Prokurorunun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət” və digər maddələri  ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar 12-1(102)-8/2022 və 12-1(102)-10/2022 saylı cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.  

Qeyd edək ki, söhbət Azərbaycan cəmiyyətində böyük qalmaqal doğurmuş "Tərtər işi”ndən gedir. 

Hüquqşünasların fikrincə, Ali Məhkəmənin Plenumu tərəfindən "Tərtər işi" üzrə həbs edilən 19 nəfərin cinayət işlərinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə verilən qərar Azərbaycanın məhkəmə tarixində nadir hadisələrdən biridir.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatına görə, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuz sorğulama prosesinə cəlb ediblər. Bu zaman onlar fiziki və psixi zor tətbiq edilməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyulublar.

Həmin faktlarla əlaqədar cinayət işləri üzrə icraat təzələnib və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
Cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.
İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib.
"Tərtər işi” ilə əlaqədar hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibi ilə bağlı bütün hallar araşdırılaraq, onlardan 19 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Həmçinin, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilib. 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ləğv edilib.

Aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilmişdi.


Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR