Akif Əlizadədinin evini satdığı alimlər Prezidentdən imdad diləyir

Akif Əlizadədinin evini satdığı alimlər Prezidentdən imdad diləyir

ASPİRANTLAR YATAQXABNASINİN SAKİNLƏRİNİN DÖVLƏT BAŞÇISI, CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ

Hörmətli cənab Prezient!
İnanırıq   ki,   bizim problemimizdən Sizin  xəbəriniz yoxdur. Baxmayaraq ki, Sizə 1000-dən çox məktub və teleqramlar ünvanlamışıq, amma heç bir nəticə yoxdur. Bizim istəyimiz sadəcə  mənzil almaq hüququmuzun bərpa olunmasıdır. Biz də   arzusundayıq ki, evimiz olsun, övladlarımızın yaşamağa minimum həyat  şəraiti olsun. Necə ola bilər ki, bir qurumun Prezidentinin  saya gəlməz evləri olduğu halda, gəncliyini bu quruma həsr eden əməkdaşın heç nəyi olmasın”bir həsir bir Məmməd Nəsir” olsun. Amma AMEA-nın illərdir verdiyi  240 manat maaşla bunu həyata keçirmək  mümkün deyildi. Çox götür- qoylardan sonra AMEA prezidenti mərhum Mahmud Kərimov Sizə müraciət etdi. Sizin göstərişinizdən sonra axır ki, tale üzümüzə gülmüşdü. Elə sevincimizi tam yaşamamışdıq, hələ hər şey kağız üzərində ikən, xəbər gəldi ki,   mərhum M. Kərimovun  prezidentlik kürsüsünə Akif Əlizadə seçilib. Həmin gündən də çırağımız söndü. Hər gün  rəhbərlikdən hədə-qorxu xəbəri gəlməyə başladı. Biz belə olacağını düşünməmişdik, bizim imzalarımız toplananda, övladlarımız kölgəsində böyüdüyü ağacların doğranmağına göz yumanda da düşünürdük ki, evimiz olacaq. Görünür, o ağacların ahı bizi tutdu ki, yeddi ildir  küçələrdəyik. Bir müddət sonra AMEA-dan xəbər gəldi ki, Mənzil komisiyası təşkil olunub, ”araşdırmalar” aparılacaq, saf-çürük olunacaq. Məlum məsələ idi ki,rəhbərlik niyə buna ehtiyac duymuşdu?  Əlbəttə ki, bizi düşündüyündən deyildi, Akif Əlizadə,  əlaltıları işlər müdiri F.Abdullayevlə, onun müavini S. Əliyevin qızıl boşqabda qarşısına gətirdikləri yağlı tikənin ətrindən bihuş olmuşdu. Beləliklə, Komissiya  sözün əsl mənasında " işləməyə” başladı. Görnüşdə yoxlama aparan Komisiya yuxarıdan verilən göstərişlərlə qərarlar çıxarmağa başladı.  2013 -cü il, 2014-cü il, 2015-ci il, hədə dolu xəbərlər qurtarmırdı. Bizi gözdən çıxaran Akif Əlizadə və əlaltıları mənzil haqqında məlumat verməyi  belə özlərinə rəva görmürdülər. AMEA– nın  məqsədi,  yalnız bizim mənzillərimizi mənimsəməkdən ibarət idi. Heç vaxt xəyalımıza gəlməyən bir yola sürüklənərək, bizim də  qismətimizə qəbullarda sürünmək yazıldı. ”Sən saydığını say gör fələk nə sayır” bİz saf düşüncə ilə  fikirləşdik ki, Prezident Administrasiyasında qəbulda  olan kimi  mənzil almaq hüquqlarımız bərpa olunacaq. Göründüyü kimi heç də belə olmadı, get –gəl başladı. Məmurlar Akif Əlizadənin və "EvroStroy-S” MMC adını eşidəndə  daş- atıb başlarını tuturdu. Bizi isə dəhşət bürümüşdü, necə ola bilər ki, bu qədər ailə  evsiz qalır, heç kim narahat deyil. Məmurlar  isə ancaq öz münasibət və əlaqəlrini düşünür, xalqı, milləti düşünən yoxdur. Artıq bizi Prezident Adminstrasiyasının qəbul şöbəsindəki bütün işçilər, hərbi qorumalar, polislər tanıyır çay, kofe təklif etməkdən belə çəkinmirlər. İllər ərzində Prezident Adminstrasiyası ikinci evimizə çevrilib, fərq ondadır ki, burda bizim sözümüz keçmir. Məmurların əvəzinə  Qəbul şöbəsini işçiləri narahat olub utana-utana soruşurlar sizin iş həll olunmadı? Bizim iş də həllini tapmır ki, tapmır. Akif Əlizadə bizim mənzil məsəlsini Bozqaya kimi tilsimə salıb, bu tilsimi sındırmaq o tərəfə dursun, heç Akif Əlizadəyə söz deməyə həddi olan məmur yoxdur.     Nəhayət uzun "araşdırmadan” sonra yenə hədə dolu xəbər aldıq ki, Mənzil Komisiyası Akif Əlizadənin  göstərişi ilə  yataqxanada yaşayan 54   ailəyə mənzil vermək qərarını qəbul edib. Sonradan nəticəsi ləğv olununan, sakinlərin  üzərində ekperiment kimi aparılan  lazımsız püşk atma keçirilərək bizim mənzil almaq hüququmuz pozdular. Atılmış püşklər sürpirizli şəkildə ləğv edildi. Mənzil verilənlərin mənzilləri əllərindən alınıb başqalarına satıldı. Biz yenə də küçələrdə idik, günlərlə AMEA-nın  əsas binası qarşısında  gözlədik ki, bəlkə Akif Əlizadə bizim vəziyyətimizi başa düşər. Amma, o hər dəfə yanımızdan bizi görməzdən gələrək  saymazyana keçib getdi. Çox get-gəllərdən sonra bizi qəbul edən F.Abdullayev Yataqxana sakinlərini kateqoriyalara böldüklərini qeyd edərək "Sizin kateqoriyadan olanlara AMEA ev verməyəcək” deyə qeyd edib işlərinii bitmiş elan etdi. Çünki biz şikayətə getmişik, biz haqqımızı axtarmışıq. Ancaq sonradan məlum oldu ki, püşkatma zamanı verilən  evləri, sonradan  əllərindən alınan 0,5 ştatla işləyən bir neçə yataqxana sakininə 16 mərtəbəli binanin 17-ci mərtəbəsində və Buzovna qəsəbəsində mənzil ayrılıb. Artıq 7 ildir ki,  yataqxana  və sakinləri göydələnlərin kölgəsində çürüyür.  Biz günəş üzü görmürük.Yataqxanadakı şərait haqqında bu  günlərdə yataqxana otağı təklif olunmuş Fəlsəfə institunun əməkdaşı Yasəmən Qaraqoyunlunun  da ah-naləsini, tüğyanını gordünüz. Bilmək istəyirik ki, niyə Akif Əlizadənin gözü doymaq bilmir, onlarla mənzili, villası olan 85 yaşlı adam daha nə istiyir, niyə bu yazıq sakinlərə  qarşı zalımlıq edir. Akif Əlizadə Sizin göstərişinizdən kənara çıxır, buna görə ona heç nə deyilmir, amma onun  göstərişi ilə bizim mənzilimiz əlimizdən alınıb satılır, yaşadığımız yataqxana otağının qapısı zorla sındırılı açar dəyişdirilir. Akif Əlizadə özünü qolu zorlu qoçu  kimi, kənxuda kimi aparır. Buna da Prezident Adminstrasiyası göz yumur. Axı niyə Akif Əlizadə bu günə törətdiyi qanunsuz əməlləri ilə şah kimi yaşayır. Bizi isə məcbur edir ki, öz doğma vətənimizdə qaçqın kimi yaşayaq. Niyə biz alimlər əzilməliyik?  Niyə harınlamış, qanunu heçə sayan Akif Əlizadə cəzalandırılmır?  Ən azından Akif Əlizadə ölkə başçısının anasına verdiyi dəyərə görə cəza almalıdır. Görünür Akif Əlizadənin havadarları buna imkan vermir, çünki onun var-dövləti çoxdur. Çünki onun kəsdiyi başın sorğu- sualı yoxdur.  Belə olmasaydı bir ömür yataqxananın 18 m2 otağında yaşayan ən az 10 il iş təcrübəsi olan  əməkdaşlarını, öz şəxsi ambisiyasından yola çıxaraq bütün mövcud qanunları tapdalayıb mənzillərini satıb talamazdı. Biz Sizə çox güvənirik, Sizə olan güvənimizdən, inamımızdan doğan səmimiyyətlə sizə səslənirik! Cənab Prezident istəyirik  ki, növbəti müşavirələrinizdən birində bizim mənzil problemimiz haqqında göstəriş verəsiniz ki, bu problem də həllini tapsın, AMEA prezidenti Akif Əlizadə və əlaltilari da  layiqli cəzalarını alsınlar.
Xəbər 1485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR