“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı sərəncam

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası ilə bağlı sərəncam

Azərbaycan Respublikasının "Ağıllı şəhər” (Smart City) və "Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.

Bu barədə prezident.az məlumat yayıb.

Sərancama əsasən: 

1. Azərbaycan Respublikasının "Ağıllı şəhər” (Smart City) və "Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:

İşçi qrupun rəhbəri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

İşçi qrupun üzvləri

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:

2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;

2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.
Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR