Aİ Qara dəniz kabel layihəsini prioritet elan edib

Aİ Qara dəniz kabel layihəsini prioritet elan edib
  • DÜNYA

Avropa İttifaqı (Aİ) Azərbaycanı Avropaya birləşdirəcək "Qara dəniz Interkonnektor Kabeli” layihəsini ümumi maraq doğuran layihə (PCI – Projects of Common Interest) və qarşılıqlı maraq layihəsi (PMI – Projects of Mutual Interest) siyahısına daxil edib.
Aktual.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.
Məlumata görə, Komissiya transmilli enerji infrastrukturunun inkişafı məqsədilə 235 layihəyə PCI və PMI statusu verib. Həmin layihələr Aİ-nin "Connecting Europe Facility” (Avropanı Birləşdirən Mexanizm) çərçivəsində maliyyələşmə üçün müraciət edə biləcək və icazə-tənzimləmə proseslərinin sürətləndirilməsi kimi üstünlüklərdən yararlanacaq.


Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR