Aİ bayrağı Gürcüstanda siyasi qalmaqal yaratdı

Aİ bayrağı Gürcüstanda siyasi qalmaqal yaratdı

Gürcüstanda Avropa İttifaqı (Aİ) bayrağı siyasi qalmaqal yaradıb.
Belə ki, bu il Gürcüstan parlament binasının Müstəqillik Günü münasibətilə dizayn edilməsi zamanı Aİ bayrağından istifadə edilməyib. Bu fakt bəzi müxalifətçilərin, eləcə də bəzi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Hakim "Gürcü Arzusu” partiyasından məsələ ilə bağlı bildirilib ki, qanunverici orqanın qarşısında Aİ bayrağı mövcuddur, lakin builki "Sevgi ilə azadlığa doğru” şüarına uyğun gəlməməsi səbəbi ilə qeyd edilən bayraqdan konkret bu tədbirdə istifadə olunmayıb.

Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR