Bu il "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yolu keçidlərində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Aktual.az xəbər verir ki, nəticədə 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Bildirilib ki, dəmir yolu keçidlərində baş verən hadisələrin əksəriyyəti sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir:
"ADY təhlükəsizlik dəyərini öndə tutaraq gün ərzində qatarlardan istifadə edən 50 minə yaxın sərnişinin, həmçinin dəmir yolu infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verir".
ADY bildirir ki, bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, sosial media üzərindən müvafiq təhlükəsizlik mesajları geniş auditoriyaya çatdırır:
"Eyni zamanda, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi, yol nişanlarının yenilənməsi və vizual məlumatlandırmanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir".
Xəbər 43 dəfə oxunub.