Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır - EKSKLÜZİV

Ağdərə şəhəri bərpa olunur, Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır - EKSKLÜZİV

Azərbaycanın yenidən bərpa edilən Ağdərə rayonun inzibati mərkəzi Ağdərə şəhəri olacaq.
Aktual.az-ın əldə etdiyi məlumata görə, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Suqovuşan qəsəbəsi yenidən Ağdərə rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonun ərazisi əvvəlki qaydada təşkil olunur.
Xatırladaq ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. Həmin vaxt Suqovuşan qəsəbəsi də Tərtər rayonuna birləşdirilmişdi.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR