Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM

Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilmiş, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə "Ağdaş" yarımstansiyası yenidən qurulmuş, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir".
Xəbər 1091 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR