Ağcabədidə Saat qülləsi tikiləcək

Ağcabədidə Saat qülləsi tikiləcək

Ağcabədi rayonunda Saat qülləsi tikiləcək.


"Report” xəbər verir ki, bununla bağlı Ağcabədi Rayon İcra Hakimiyyəti (İH) açıq tender elan edib.

Saat qülləsinin Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşası nəzərdə tutulur.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər. 

İddiaçıların təklifi oktyabrın 19-u İH-nin inzibati binasında açılacaq.

 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR