Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.
 
Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Novxanı yolu, "Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.
Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar da var.
Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR