Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO

Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO

 Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.


"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Mehdiabad-Novxanı yolunda baş verib.

Belə ki, sürücü, 1987-ci il təvəllüdlü Orxan Hamlet oğlu Əkbərov idarə etdiyi 50 DG 915 dövlət nömrə nişanlı avtomobillə hərkətdə olarkən yolu keçmək istəyən təxminən 35-40 yaşlarında kişini vurub. Hadisə zamanı piyada elə yerindəcə dünyasını dəyişib.Sürücü isə saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, ölən şəxsin kimliyi hələki məlum deyil.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR