ABŞ Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə bilər

ABŞ Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə bilər
  • DÜNYA

ABŞ Administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək üçün bu əraziyə 14 min əsgər və onlarla hərbi gəmi göndərməyi nəzərdən keçirir.

"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri Amerika Birləşmiş Ştatları rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu addım İrana qarşı mübarizə üçün atılacaq.
Bildirilib ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı qərarı dekabr ayında verəcək.
Lakin, Tramp Pentaqonun ona təklif etdiyindən daha az sayda hərbçi və hərbi texnikanın Yaxın Şərqə göndərilməsinə razılıq verəcək.
Bir sıra Amerika rəsmiləri hesab edir ki, ABŞ-ın bölgədəki hərbçilərinin sayının artması İranla silahlı qarşıdurma yarada bilər.
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR