“ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər” - Tramp

“ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər” - Tramp
  • DÜNYA

"NATO-ya hamıdan çox Fransanın ehtiyacı var. Fransanın ABŞ şirkətlərinə vergi tətbiq etməsini istəmirəm. ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər, Fransa yox”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.
Donald Tramp Fransa prezidenti Emmanuel Makronun NATO haqqında "ölmüş beyin” ifadəsini də münasibət bildirib. O, bunun hörmətsizlik və təhqiramiz ifadə olduğunu qeyd edib: "Düşünürəm ki, Fransada işsizlik çox yüksək səviyyədədir. Fransa ümumiyyətlə, iqtisadi cəhətdən yaxşı vəziyyətdə deyil”.
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR