ABŞ Rusiyanı neft satışında İrana yardım göstərməməyə çağırıb

ABŞ Rusiyanı neft satışında İrana yardım göstərməməyə çağırıb

ABŞ İranın dünya bazarında neft satışına görə Rusiyadan kömək istəyə biləcəyini hesab edir.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə məlumat verib.
Rəsmi Vaşinqton Moskvanı bunu etməməyə çağırıb.
Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İranla "altılıq” ölkələri (ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya) çıxdıqlarını açıqlamışdı. Həmin plan BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması müqabilində İranın nüvə proqramının təxirə salınmasını nəzərdə tutan sövdələşmədir. Üstəlik, Donald Tramp əvvəlki, o cümlədən enerji sahəsini əhatə edən sanksiyaları bərpa edəcəklərini bildirmişdi. Həmin sanksiyaların bu il noyabrın 4-dən tətbiq olunacağı gözlənilir.
 
Aktual.az
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR