ABŞ ordusunda koronavirusdan ilk ölüm qeydə alındı

ABŞ ordusunda koronavirusdan ilk ölüm qeydə alındı

ABŞ-da koronavirusa yoluxmuş hərbçi dünyasını dəyişib.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb. 
Həmin hərbçi Nyu-Cersidə Milli Qvardiyada xidmət edirmiş. O, martın 21-də xəstəxanaya yerləşdirilib. 
Qeyd edək ki, ABŞ koronavirus daşıyıcılarının rəsmi sayına görə dünya birincisidir – 164 266 nəfər. Ölkədə virus qurbanlarının sayı isə 3 170 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 500-ü ötüb. Bunların 165 665 nəfəri sağalıb, 37 831 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR