ABŞ Kubaya qarşı sanksiya siyahılarını genişləndirdi

ABŞ Kubaya qarşı sanksiya siyahılarını genişləndirdi
  • DÜNYA

ABŞ, Kubaya aid qara siyahısına adanın silahlı qüvvələrinə məxsus beş otelini əlavə edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin dövlət katibi Maykl Pompeo tərəfindən verilən açıqlamada deyilib.
Amerika diplomatiyasının başçısı deyib: "Kubaya aid qara siyahının yenilənməsi ilə bağlı qərarı elan edirəm. Kuba hərbi qüvvələrinə məxsus beş təşkilat birbaşa maliyyə əməliyyatlarının qadağan edildiyi hüquqi şəxslər siyahısına daxil edilib".


Sanksiyalarda paytaxtdakı bir oteldən, digəri Varadero kurort şəhərciyindən, həmçinin "Jardines del Rey" arxipelaqındakı üç oteldən bəhs edilır. Qərar noyabrın 19-da qüvvəyə minir.
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR