ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.
Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcək.
Xəbər 318 dəfə oxunub.