ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir bu gün Ankaraya gəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, yeni səfir Devid Saterfildetimadnaməsini təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi "Twitter” səhifəsində belə fikirlər paylaşılıb: "ABŞ-ın Ankara səfiri olaraq təyin olunmuş David M.Satterfieldin Ankaraya gəlməsindən məmnunlıq duyuruq”.
Qeyd edək ki, 4 dil bilən, 64 yaşlı səfir Devid Satterfield ABŞ Xarici İşlər Nazirinin Yaxın Şərq işləri üzrə müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından 2017-ci ilin avqust ayınadək Sina yarımadasında çoxmillətli dövlətlərin direktoru vəzifəsində işləyib.
O, Xarici İşlər Nazirliyi çərçivəsində İraq koordinatoru, məsləhətçi, Misir və Livanda səfir vəzifələrini icra edib.


Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR