ABŞ-ın qadağasına İrandan SƏRT REAKSİYA - Nazir Tehranın mövqeyini açıqladı

ABŞ-ın qadağasına İrandan SƏRT REAKSİYA - Nazir Tehranın mövqeyini açıqladı

ABŞ və iki qonşu ölkə İranın neft ixracatının sıfırlanmasını istəyir. Lakin bu, gerçəkləşməyəcək bir xəyaldır”.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bunu İranın Neft naziri Bicen Namdar Zəngənə deyib.
Tehranda keçirilən Beynəlxalq Neft Forumunda çıxış edən nazir ölkəsinin neft ixracatı ilə bağlı açıqlamalar verib. Zəngənə bildirib ki, iki qonşu ölkə daim İranın neft ixracatının sıfırlanması və bazardan çıxması ilə heç bir problemin meydana gəlməyəcəyinə dair açıqlamalar verib. Nazir sözügedən iki ölkənin bu məsələdə İrana arxayınlıq verməyə çalışdığını qeyd edib.
"Mövzunun mütəxəssisləri və insaflı insanlar bilir ki, bu ölkələr potensialını və rezervlərinin miqdarını şişirdir. Ortaya atdıqları iddialar heç bir güvənli və müstəqil qurum tərəfindən təsdiq edilməyib. Dünya və xaos içində olan neft bazarı ABŞ və onu izləyən bəzi ölkələrin təxmin etdiyi kimi deyil. İranın boşluğu başqa heç bir ölkə tərəfindən doldurula bilməz” – nazir vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları cümə axşamından, tətbiq olunduğu gündən yarım il sonra tam qüvvəsi ilə işə düşəcək. Vaşinqton mayın 2-dən İran neftinin idxalına müvəqqəti icazənin müddətini uzatmamaq qərarına gəlib.
Qərar artıq neftin qiymətinin bir barel üçün 75 dollardan yuxarı qalxmasına səbəb olub, lakin OPEK+ sazişinin iştirakçı ölkələrinin Tehrana qarşı sanksiyalar səbəbindən bazarda yarana biləcək istənilən boşluğu öz neftləri ilə dolduracaqlarına dair bəyanatları bazarı sakitləşdirib. Bununla yanaşı, Birləşmiş Ştatların özü də bazarda yanacaq defisitinə yol verməyəcəyini vəd edib.

Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR